
Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyəti ələ keçirməsinin qarşısını almaq üçün ölkədə bir daha seçkilərin keçirilməyəcəyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Burada (Nikaraquada) bir daha seçkilər olmayacaq, buna görə onların (müxalifət partiyalarının) hakimiyyəti ələ keçirmək cəhdləri də olmayacaq”, - deyə o, 1979-cu ildə Somoza ailəsinin uzun müddət davam edən diktaturasının devrilməsi ilə başa çatan Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə çıxışında bildirib.
2007-ci ildən bəri prezident olan Orteqa hakimiyyət orqanlarının qanunlar üzərində Milli Məclis və müvafiq qurumlarla işləyəcəklərini bildirib.
“Bizə ölkələrinə xəyanət edən sui-qəsdçilərə və xainlərə qarşı divar, sədd quracaq qanunlar lazımdır”, - o, əlavə edib.
Qeyd edək ki, 1979-cu ilin iyul ayında baş verən Sandinista Xalq İnqilabı Anastasio Somoza rejiminin devrilməsinə səbəb olub. Hərəkatın əsas hərəkətverici qüvvəsi ölkənin milli qəhrəmanı, 1920-1930-cu illərin inqilabçısı Auqusto Sezar Sandinonun adını daşıyan Sandinista Milli Azadlıq Cəbhəsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz