AZAL-ın bələdçiləri hələ də London polisindədir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir". Yeniavaz.com xəbər verir ki, bunu APA-ya AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.

O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.

"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top