
Paytaxtın Yasamal rayonunda “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
“Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, - Nazirliyin yaydığı məlumatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz