
Argentinalı hücumçu Lionel Messi milli komandadakı karyerasını yekunlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo bildirib.
Onun sözlərinə görə, Messi 2026-cı il Dünya Kuboku finalından əvvəl soyunma otağında emosional bir çıxış edib və komanda yoldaşlarına bunun Argentina milli komandasında son oyunu olacağını əlavə edib.
Qeyd edək ki, final matçında Argentina millisi əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Messi hazırda 39 yaşındadır və 2023-cü ildən bəri Şimali Amerikanın Böyük Futbol Liqasında (MLS) “İnter Mayami” komandasında oynayır. O, əvvəllər “Pari Sen Jermen” və “Barselona” komandalarında oynayıb və onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu 2022-ci il FIFA Dünya Kuboku çempionu, 2014 və 2026-cı illər Dünya Kuboklarının gümüş medalçısı, 2008-ci il Olimpiya çempionu və ikiqat Amerika Kubokunun qalibi (2021 və 2024) olub. O, həmçinin səkkiz dəfə “Qızıl Top” mükafatını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz