İsrail HƏMAS-ın daha bir liderini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın Qəzza Briqadasının əməliyyat rəhbəri Adam İbrahim Şaban Nasmanı zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücuma rəhbərlik edib. Nasman həmçinin, girovların götürülməsində iştirak edib.
Mətbuat xidməti Nasmanın Qəzza şəhərindəki hücumda zərərsizləşdirildiyini qeyd edib.
Mətbuat xidmətinin məlumatına görə, o, HƏMAS-da bir neçə rəhbər vəzifə tutub. Belə ki, Nasman HƏMAS-ın Qəzza Briqadasının kəşfiyyat zabiti olmaqla yanaşı, “Əş-Şati” batalyonunun komandiri  olub. O, eləcə də “Nuxba” xüsusi təyinatlı qüvvələr batalyonuna komandanlıq edib.
Mətbuat xidməti əlavə edib ki, son aylarda Nasman HƏMAS-ın Qəzza Briqadasından terrorçulara təlim keçməyə, həmçinin, atəşkəs razılaşmasını pozaraq HƏMAS-ın hərbi potensialını bərpa etməyə cəhd edib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarları Qəzzadan İsrail ərazisinə hücum ediblər. Hücum nəticəsində İsrailin sərhəd məntəqələrinin sakinləri öldürülüb və 250 nəfər girov götürülüb. Buna cavab olaraq, İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovları azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top