İran “Amazon”un data mərkəzini vurdu


ABŞ-nin Darhoveyn Atom Elektrik Stansiyasına endirdiyi zərbəyə cavab olaraq, İran Bəhreyndə “Amazon”un data mərkəzinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
“Dünən ABŞ ordusunun Darhoveyndəki tikinti sahələrinə və mülki infrastruktura hücumuna cavab olaraq, Amerikanın Bəhreyndəki “Amazon” şirkətinin məlumat mərkəzinin infrastrukturuna bir neçə qanadlı raket atdıq və onu məhv etdik”, - deyə SEPAH-ın bəyanatında bildirilir.
Qeyd edək ki, iyulun 19-da İranın Atom Enerjisi Təşkilatı İranın cənub-qərbində tikilməkdə olan Darhoveyn atom elektrik stansiyasının ABŞ qüvvələri tərəfindən vurulduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top