DÇ-nin ən yaxşısı klubu ilə müqaviləsini yeniləməkdən imtina etdi


2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu olan ispaniyalı Rodri “Mançester Siti” ilə müqaviləsini yeniləməkdən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares sosial şəbəkı səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, ispaniyalı oyunçu “Real Madrid”ə keçmək istəyir.
30 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Rodri 2019-cu ildən bəri “Mançester Siti”də oynayır. O, əvvəllər İspaniyanın “Atletiko Madrid” və “Vilyarreal” klublarında oynayıb. İspaniyalı futbolçu dördqat İngiltərə çempionu, üçqat Liqa Kubokunun qalibi, ikiqat İngiltərə Kubokunun qalibi və UEFA Super Kubokunun qalibidir. O, həmçinin Çempionlar Liqasını, İngiltərə Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. Rodri İspaniya millisi ilə 2026-cı il Dünya Kubokunu, 2024-cü il Avropa Çempionatını və 2023-cü il Millətlər Liqasını qazanıb.
O, hazırda dünyada həm Dünya Çempionatını, həm Çempionlar Liqasını, həm də “Qızıl Top”u qazanan 11-ci oyunçudur.

DİGƏR XƏBƏRLƏR

Top