ABŞ Kanada məhsullarına əlavə 50% rüsum tətbiq etdi


ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına əlavə 50% idxal rüsumu tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.
Sənədə görə, əlavə rüsumlar Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik hərəkətlərinə cavab olaraq tətbiq edilib.
Sənəddə qeyd edilir ki, rüsumlar xokkey çubuqlarından sementə qədər geniş çeşiddə məhsullara tətbiq olunur.
Lakin enerji məhsulları, kalium, dəniz məhsulları və vacib minerallara yeni rüsumlar təsir göstərmir.
Tariflər ABŞ administrasiyasının rəhbəri tərəfindən əmr imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top