
Türkiyədə “Ahbap” Dərnəyi adından toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur da daxil olmaqla doqquz nəfər barəsində həbs qərarı verilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan on şübhəli – Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Muharrem Karataş, Ersin Gökgün və Özgür Ömer Günerlə bağlı iş məhkəməyə göndərilib.
İfadələri tamamlandıqdan sonra Oğuzhan Uğur və digər səkkiz nəfər üçün həbs qərarı tələb edilib.
Məhkəmə şübhəlilər Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçib.
Şübhəlilərə qarşı “cinayət törətmək üçün təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilən vəsaitərin yuyulması” maddələri ilə ittihamlar irəli sürülüb.
Bu kontekstdə “Ahbap Dərnəyi”nin əməkdaşları ilə bağlı hazırlanmış MASAK hesabatları, eləcə də hesab əməliyyatlarının təhlili və texniki və fiziki müşahidə tədqiqatları şübhəlilərin maliyyə profilləri ilə uyğunsuzluq təşkil edən yüksək məbləğdə pul əməliyyatlarının olduğunu, öz aralarında irimiqyaslı pul köçürmələri etdiklərini, qumar hesablarına külli miqdarda pul yatırdıqlarını, həmçinin qısa müddət ərzində zəncirvari reaksiya şəklində çoxsaylı əmlak əməliyyatları həyata keçirdiklərini ortaya qoyub.
İstintaqın bir hissəsi olaraq, dərnəyin və bəzi şübhəlilərin aktivləri müsadirə edilib.
Qeyd edək ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən əməliyyatda “Ahbap” Dərnəyinin qurucusu, müğənni Haluk Levent də daxil olmaqla 17 şübhəli saxlanılıb. Davam edən əməliyyatlar çərçivəsində saxlanılanların sayı 18-ə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz