
May ayının əvvəlindən bəri ABŞ ordusu Hörmüz boğazından keçən təxminən 900 ticarət gəmisinə kömək edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində boğazdan təxminən 450 milyon barel neft daşınıb.
“Həyati əhəmiyyətli dəniz dəhlizi vasitəsilə kommersiya gəmilərinin tranziti davam edir. May ayının əvvəlindən bəri Mərkəzi Komandanlıq qüvvələri təxminən 900 kommersiya gəmisinin tranzitini təşkil edib və beləliklə, 450 milyon barel neftin daşınmasına kömək edib”, - ABŞ Mərkəzi Komandanlığı bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz