"Opta” 2026-cı il Dünya Kubokunun simvolik komandasını açıqladı


“Opta” analitik şirkəti 2026-cı il Dünya Kubokunun simvolik komandasını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, heyət əsas oyunçuların statistikasını nəzərə alan “Opta İndeksi” əsasında müəyyən edilib.
Məsələn, Fransanın cinah oyunçusu Maykl Olise və Kabo-Verde qapıçısı Vozinya komandaya daxil edilməyiblər, çünki onların indeks balları digər namizədlərin göstəricilərindən aşağı olub.
Simvolik komandanı təqdim edirik:

Qapıçı
Qreqor Kobel (İsveçrə)

Müdafiəçilər
Pedro Porro (İspaniya)
Pau Kubarsi (İspaniya)
Lisandro Martinez (Argentina)
Mark Kukurella (İspaniya)

Yarımmüdafiəçilər
Rodri (İspaniya)
Cud Bellinqem (İngiltərə)
Leandro Trossard (Belçika)

Hücumçular
Lionel Messi (Argentina)
Kilian Mbappe (Fransa)
Erlinq Holand (Norveç)


Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib. Turnirdə ilk dəfə 48 komanda iştirak edib. Finalda İspaniya Argentinanı 1-0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top