
İyul ayında İranın Yaxın Şərqdəki bazalarına endirdiyi zərbələr nəticəsində təxminən 100 amerikalı hərbçi yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanaılı ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinadla məlumat yayıb.
Bildirilib ki, söhbət iyulun cəmi iki həftəsində İranın ABŞ bazalarına etdiyi hücumlardan gedir.
Telekanalın məlumatına görə, bu ay İranın Yaxın Şərqdəki bir çox bazaya hücumları nəticəsində təxminən 100 ABŞ hərbçisi yaralanıb.
Pentaqonun verdiyi rəqəmlərə görə, yaralıların əksəriyyəti artıq xidmətə qayıdıb.
ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell də “CBS News”un məlumatlarını təsdiqləyib.
“7 iyul 2026-cı ildən bəri təxminən 100 hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığı qiymətləndirilib. Lakin onların 96%-i artıq xidmətə qayıdıb”, - deyə Parnell bildirib.
O, yaralıların əsasən yüngül beyin silkələnməsi aldığını iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz