Vasitəçilər ABŞ və İrana atəşkəs təklif ediblər


Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Portal qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası təklifi öyrənməyə başlayıb və İsraili diplomatik fürsət pəncərəsini bağlayacaq addımlardan çəkinməyə çağırıb.
“Axios” əlavə edib ki, yeni təklif atəşkəslə yanaşı, Hörmüz boğazında gəmiçiliyin bərpasını tələb edir və Vaşinqton və Tehrana pozulan anlaşma memorandumunu xilas etmək üçün imkan vermək məqsədi daşıyır.
Portal hələlik heç bir tərəfin vasitəçilərin təklifini qəbul etmədiyini bildirib.
ABŞ administrasiyasındakı mənbə portala bildirib ki, tərəflər hələ də danışıqlar aparırlar, lakin Vaşinqton Trampın məqsədəuyğun hesab etdiyi müddət ərzində İrana zərbələr endirməyə davam etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top