
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi sosial media hesablarında məlumat dərc olunub.
“ABŞ ordusu İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumları davam etdirmək qabiliyyətini zəiflətmək üçün İranın hərbi komandanlıq mərkəzlərinə, dəniz obyektlərinə, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib”, - məlumatda deyilir.
Bildirilib ki, həmçinin beynəlxalq strateji əhəmiyyətə malik olan Hörmüz boğazından ticarət gəmilərinin hərəkəti davam edir:
“May ayının əvvəlindən bəri ABŞ Mərkəzi Komandanlığı qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitini təmin edib”.
“Pars Today” qəzetinin məlumatına görə, İranın Çabahar və Konarak şəhərlərində ən azı 14 partlayış səsi eşidilib. Partlayışlar həmçinin İranın cənubundakı Sirik şəhərində də baş verib.
Dövlət televiziya və radio şirkəti IRIB-in məlumatına görə, Şiraz və Bəndər Abbas şəhərlərinə də hücum edilib.
Tətbiqimizi yükləyə bilərsiniz