Səudiyyə Ərəbistanındakı Dünya Kuboku 2035-ci ilə təxirə salına bilər


2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək Dünya Kuboku 2035-ci ilə təxirə salına bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr yazır ki, havanın şiddətli istiləşməsi səbəbindən tədbir yayda keçirilməyəcək. Qeyd edilir ki, 2034-cü ildə Ramazan ayı təxminən 12 noyabrda başlayacaq və 12 dekabrda başa çatacaq.
Martın əvvəlində təxminən 2 milyon insan İslamın ən müqəddəs yerlərinə illik Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səyahət edəcək.
2034-cü ilin fevral və yanvar ayları da Dünya Kubokuna ev sahibliyi etmək üçün uyğun olmaya bilər, çünki bu müddət ərzində Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək ki, bu da “ictimaiyyətin diqqətini və sponsorluq pullarını yayındıra” bilər.
Nəşrin məlumatına görə, bu vəziyyətdə Dünya Kuboku 2035-ci ilin əvvəlində keçirilə bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top