
Estoniya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanma ehtimalını istisna etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baltikyanı respublikanın dövlət televiziyası olan ERR daxili işlər naziri İqor Taroya istinadən məlumat yayıb.
“Sərhədi açıb bağlayarkən qərarlarımızı risk qiymətləndirməsinə əsaslandırırıq. Estoniya təcili təhlükə ilə üzləşsə, sərhəd dərhal bağlanacaq”, - nazir deyib.
Qeyd edək ki, sərhədi əsasən Estoniyada və ya digər Avropa ölkələrində yaşayış icazəsi olan Rusiya vətəndaşları, eləcə də Avropa pasportu olan ikili vətəndaşlıqlı şəxslər keçir. Rusların respublikaya turist vizası ilə daxil olmasına icazə verilmir.
Tətbiqimizi yükləyə bilərsiniz