
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu gün saat 18 radələrində “Toyota” və “VAZ” markalı avtomobillər toqquşub.
Qəza zamanı 3 nəfər ölüb, 3-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Ölənlər rayonun Şorsulu kənd sakinləri Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur. Yaralılar isə Hümbətov Əlifağa Elsevər oğlu, Məmmədova Rəhmiyyə Rəhman qızı və Əsədov Vüqar Tahir oğludur.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz