Kevin Kiqan vəfat etdi


İngiltərə millisinin sabiq futbolçusu, ikiqat “Qızıl top” mükafatçısı Kevin Kiqan vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Kit Dauni Kiqan ailəsinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, 76 yaşlı idmançı ötən ay dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Qeyd edək ki, Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Nyukasl” və “Sauthempton”, Almaniyanın “Hamburq” və Avstraliyanın “Blektaun Siti” klublarında çıxış edib. O, “Liverpul”un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. “Hamburq”un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.
Kiqan 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top