Marketdən soyğunçuluq edən şəxs saxlanıldı


Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərin birinə müştəri kimi daxil olaraq talama cinayəti törədib. Həmin vaxt marketdə çalışan satıcının ona müdaxiləsinə baxmayaraq şübhəli şəxs hadisə yerindən yayına bilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top