Skaloni Argentina millisindən gedir


Lionel Skaloninin dekabr ayında Argentina millisinin baş məşqçisi vəzifəsindən ayrılmaq ehtimalı var.
Yeniavaz.com
“Ataque Futbolero” portalına istinadla xəbər verir ki, bu barədə onun özü danışıb.    
“Dekabr ayına qədər müqavilə öhdəliklərimi yerinə yetirməyə davam edəcəyəm. Əlbəttə ki, sonra federasiya rəhbəri ilə danışacağam”, - deyə o bildirib.
“Bu, fantastik bir vəzifədir, hər bir argentinalı üçün arzudur və mən milli komandanın məşqçisi olmaqdan qürur duyuram. Amma dekabrdan sonra bu, asan olmayacaq. Çox güman ki, gedəcəyəm”, - Skaloni əlavə edib.
Qeyd edək ki, 48 yaşlı Skaloni 2018-ci ildən bəri Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2022-ci il Dünya Kubokunu qazanıb və 2026-cı il Dünya Kubokunun finalına yüksəlib və orada İspaniyaya məğlub olub. Skaloninin rəhbərliyi altında Argentina həmçinin iki dəfə Amerika Kubokunu (2021, 2024) və bir dəfə Finalisima Kubokunu(2022) qazanıb.
Oyunçu karyerası ərzində Skaloni Argentinanın “Nyuells Old Boys” və “Estudiantes”, İspaniyanın “Deportivo”, “Racinq” və “Malyorka”, eləcə də İtaliyanın “Latsio” və “Atalanta” klublarında oynayıb. O, “Deportivo” ilə İspaniya liqasının titulunu, Kral Kubokunu və iki İspaniya Super Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top