
“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya uduzarsa, 3-cü raundda “Dinamo” (Kiyev) – PAOK cütünün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” isə Konfrans Liqasının 2-cü təsnifat mərhələsində “Dinamo”nu (Minsk) keçərsə, “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Həmçinin “Zirə”nin 2-ci mərhələdə Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırsa, “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz