Endi Bernem Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başladı


Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri Endi Bernem Kral III Çarlzdan hökumət qurmaq üçün mandat alaraq baş nazir vəzifəsinin icrasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Bukinqem Sarayında keçirilən tədbirin görüntüləri monarxın mətbuat xidməti tərəfindən yayımlanıb.
Mətbuat xidməti Kral III Çarlzın millət vəkili Endi Bernemi qəbul etdiyini və ona yeni hökumət qurmağı tapşırdığını bildirib.
Həmçinin, mətbuat xidmətinin bildirdiyinə görə, Endi Bernem Kralın dəvətini qəbul edib və Baş nazir və Xəzinədarlığın Birinci Lordu təyin olunması münasibətilə ənənəvi “əl öpmə” mərasimini həyata keçirib.
Ancaq mərasim rəsmi olaraq “əl öpmə” adlandırılsa da, əslində baş nazir artıq kralın əlini öpmür.
Bundan sonra 56 yaşlı Bernem Birləşmiş Krallıq xalqına müraciət etmək üçün yaxınlıqdakı Dauninq-stritdəki baş nazirin iqamətgahına gedəcək.
Qeyd edək ki, o, 2022-ci ilin sentyabrında taxta çıxan III Çarlz tərəfindən təsdiqlənən üçüncü baş nazirdir.
Daha əvvəl monarx baş nazir Kir Starmerin istefasını qəbul etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top