
Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya hərəkatın siyasi bürosunun yeni rəhbəri seçilib.
Yeniavaz.com “Al-Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat HƏMAS-ın rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatda öz əksini tapıb.
“HƏMAS Xəlil əl-Həyyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, iyulun 18-də “Al-Hadath” telekanalı mənbələrə istinadla HƏMAS-ın siyasi büronun yeni rəhbərini seçmək üçün səsvermə keçirdiyini bildirmişdi.
Xatırladaq ki, HƏMAS-ın bu rəhbər vəzifəsi 2024-cü ilin oktyabr ayında Yəhya Sinvarın İsrailin cənubundakı Rəfah şəhərində yaşayış binasına hava hücumu nəticəsində öldürülməsindən bəri boş qalmışdı. Sinvar 2024-cü ilin iyul ayında Tehrandakı iqamətgahına İsrail hücumu zamanı öldürülən İsmayıl Haniyənin yerinə keçmişdi. Sinvarın ölümündən sonra siyasi büro rəhbəri funksiyasını faktiki olaraq idarəetmə şurası öz üzərinə götürmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz