
ABŞ-nin “Tornyol” startapı “Y Combinator” şirkətinin dəstəyi ilə şəhər mühitində ağcaqanadları “ovlaya bilən” süni intellektli mikrodronlar hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Oddity Central” portalı məlumat yayıb.
Məlumata görə, mühəndislər 40 qramlıq bu “dron sürülərinin” bahalı kimyəvi mübarizə metodlarını əvəz etdiyini və xərcləri ən azı 100 dəfə azaltdığını bildiriblər.
Mühəndislərin sözlərinə görə, dronlar mikrofonlar, ultrasəs sensorları və ixtisaslaşdırılmış proqram təminatı ilə təchiz olunub. Onlar ultrasəs impulsları yayır və əks-səda alır, həmçinin ağcaqanadları digər həşəratlardan ayırd etmək üçün qanadlarından gələn xarakterik doppler siqnalından istifadə edirlər.
Mütəxəssislər ümid edirlər ki, 10 belə dron nəticədə bir kvadrat kilometr ərazini ağcaqanadlardan təmizləyə biləcək.
Layihə hələ ilkin mərhələdədir, lakin artıq malyariya və digər ağcaqanadların yaydığı xəstəliklərlə mübarizə aparmaq üçün potensial inqilabi həll yolu kimi diqqəti cəlb edir.
Tətbiqimizi yükləyə bilərsiniz