
Venesuelada baş verən zəlzələlərdə ən azı 5208 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela parlamentinin spikeri Xorxe Rodriqes “Telegram” kanalında məlumat yayıb.
Yaralananların sayı bir neçə həftədir ki, dəyişməz olaraq qalır və 19 iyul tarixinə olan məlumata görə, zəlzələlər nəticəsində 16 740 nəfər yaralanıb.
Spiker qeyd edib ki, bu günə qədər 6 462 nəfər xilas edilib.
Təbii fəlakət 190 binanı tamamilə dağılmasına, daha 856 binaya ciddi ziyan dəymədinə səbəb olub.
Zəlzələ nəticəsində 107 müvəqqəti sığınacaqda 23 800 nəfər yerləşdirilib.
Onun sözlərinə görə, 17 907 nəfər evsiz qalıb.
Təsirə məruz qalan ərazilərə təxminən 11 000 ton ərzaq və 35,6 milyon litrdən çox su çatdırılıb. Təxminən 40 000 insana tibbi yardım göstərilib.
Hazırda fəlakət zonasında 31 000 xilasedici və 2200 xarici mütəxəssis də daxil olmaqla, təxminən 32 000 könüllü fəaliyyət göstərir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Xilasedicilər hələ də ən çox zərər çəkmiş ərazilərdə işləyirlər.
Tətbiqimizi yükləyə bilərsiniz