Məzuniyyətdə bu kitabı oxuyubmuş…


Hazırda məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyət günlərində Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanını rus dilində oxuduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifələrində dərc etdiyi videoda məlumat verib.
“Mən Aleksandr Puşkinin "Yevgeni Onegin" adlı mənzum romanını oxudum. Bəs siz nə oxuyursunuz?” – deyə Paşinyan izləyicilərinə müraciət edib.
Ermənistanın Baş naziri həmçinin izləyicilərə 1967-ci ildən 1977-ci ilə qədər SSRİ-də rus dilində nəşr olunmuş “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından bir cildi nümayiş etdirib.
Qeyd edək ki, Paşinyan 10 iyul tarixindən 29 iyul tarixinə qədər məzuniyyətdədir.

DİGƏR XƏBƏRLƏR

Top