
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxtı Moskvaya dronlarla edilən hücumlar barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, o, əməliyyata görə, Pilotsuz Sistemlər Qüvvələrinin hərbçilərinə, kəşfiyyat xidmətlərinə, Raket Qoşunları və Artilleriyaya, həmçinin Xüsusi Əməliyyatlar Qüvvələrinə təşəkkür edib.
“Moskva vilayəti. Uzaqmənzilli zərbələrimiz logistika obyektləri və neft bazasına qarşı nəticə verib. Hədəflər sərhədimizdən 400 kilometrdən çox məsafədə yerləşir. Qara dənizdə “kölgə donanması”na aid iki tanker və dörd yük gəmisi də vurulub.
Biz Rusiyanın şəhərlərimizə və yaşayış məntəqələrimizə endirdiyi hər bir zərbəyə ədalətli şəkildə cavab veririk. Bu müharibəyə son qoyulmalıdır və bu, yalnız müharibənin yeganə səbəbkarı olan Rusiyaya təzyiqin artırılması ilə mümkündür”, - Zelenski bildirib.
O, əməliyyatdan kadrlar da paylaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz