Konqoda Eboladan ölənlərin sayı 930 nəfərə çatıb


Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı 930 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək ölkədə 2 344 yoluxma halı təsdiqlənib.
“Son 24 saat ərzində 37 yeni ölüm qeydə alınıb ki, bu da epidemiyanın başlanmasından bəri ən yüksək gündəlik göstəricilərdən biridir”, - Nazirliyin məlumatında bildirilir.
“Mayın 15-də KDR-in şərqində elan edilən bu epidemiya Ebola tarixində ən sürətlə yayılan epidemiyaya çevrilib.
Epidemiyaya nisbətən nadir rast gəlinən Bundibugyo növlü Ebola virusu səbəb olub. Hazırda bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi mövcud deyil ki, bu da xəstəliyin qarşısının alınması istiqamətində görülən işləri xeyli çətinləşdirir.
Səhiyyə sahəsinə cavabdeh qurumlar vəziyyətə nəzarəti davam etdirir, virusun yayılmasını məhdudlaşdırmaq üçün tədbirlər görür, həmçinin xəstələrə zəruri dəstəkləyici tibbi yardım göstərilməsini təmin edirlər”, - BBC yazır.

DİGƏR XƏBƏRLƏR

Top