Prezident mühafizəçisi: "Güllə altına atılmaqdansa, həbsdə oturmağa üstünlük verərdim"

Prezidentə sui-qəsd ediləcəyi halda onun üçün həyatını təhlükəyə atmayacağını bildirən gizli xidmət idarəsinin qadın əməkdaşı Kerri O'Qreydi ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqata başlanılıb. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın müvafiq qurumları prezidenti və prezidentliyə namizədlərin mühafizəsini həyata keçirən xanım Kerri O'Qreydin məsuliyyətə cəlb ediləcəyini bildiriblər. ABŞ Xüsusi Xidmət Təşkilatı rəsmilərinin bununla əlaqədar verdikləri açıqlamalara görə, gizli xidmət əməkdaşlarından yüksək professionallıq və özlərini etik qaydalar əsasında aparmaları tələb edilir. Özünü bu qaydalar çərçivəsində aparmayan əməkdaşlar barədə isə ciddi ölçülər götürülür. Xatırladaq ki, O' Qreydi Denver şəhərinə gələn prezidentlərin və prezidentliyə namizədlərin təhlükəsizliyini qorumağa məsul idi. Bir neçə ay əvvəl O' Qreydi feysbukda yazıb ki, indi vəziyyət dəyişib və mən kimin üçünsə güllə altına atılmaqdansa, həbsdə oturmağa üstünlük verərdim. O' Qreydi yazıda Trampın adını çəkməsə də, onun məhz Ağ evin indiki sahibini nəzərdə tutduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top