
İran vasitəçilərdən gərgin vəziyyəti aradan qaldırmaq üçün bəzi təkliflər alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
Lakin o, detalların daha sonra açıqlanacağını qeyd edib.
“Vasitəçilərdən təkliflər almışıq, ancaq hazırda təfərrüatlara varmayacağam. Təsdiqləyə bilərəm ki, ideyalar irəli sürülüb”, - o, bildirib.
Bununla yanaşı, Bəqai əlavə edib ki, diplomatiya müdafiəni istisna etmir.
Tətbiqimizi yükləyə bilərsiniz