
Çin Prezidenti Si Cinpinin sentyabr ayında ABŞ-yə səfərinə hazırlıqlar davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
“Səfərin sentyabr ayında baş tutacağını gözləyirik”, - deyə o qeyd edib.
ABŞ Dövlət Departamenti rəhbərinin sözlərinə görə, Çin tərəfi səfərə hazırlıq işlərini davam etdirir və bununla bağlı Vaşinqtona nümayəndələr göndərir.
Qeyd edək ki, ABŞ Prezident Donald Tramp mayın 13-15-də Çinə rəsmi səfəri zamanı Si Cinpini payızda Vaşinqtona dəvət etmiş, Si Cinpin də bu dəvəti qəbul etdiyini açıqlamışdı.
Digər tərəfdən, iyulun əvvəlində Amerika lideri Si Cinpinin Vaşinqtona səfərinin 24 sentyabrda baş tutacağını elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz