İran münaqişəsində ölən ABŞ hərbçilərinin sayı 17-yə çatdı


İranla silahlı münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 17-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 18-də İraqda vurulan İran kamikadze-dronunun partlamamış sursatının partladılması nəticəsində bir amerikalı hərbçinin həlak olduğunu bildirib.
Hadisə nəticəsində daha bir ABŞ hərbçisi yaralanıb.
Komandanlığın məlumatına görə, iyulun 17-də iki ABŞ hərbçisi İran hücumunu dəf edərkən İordaniyada həlak olub. Həmin gün daha bir amerikalı hərbçi itkin düşüb. İyulun 19-da komandanlıq İranın son hücumunun baş verdiyi ərazidə insan qalıqlarının tapıldığını bildirib.
“Associated Press”in məlumatına görə, əgər insan qalıqlarının ABŞ hərbçisinə aid olduğu təsdiq olunarsa, rəsmi ölən ABŞ hərbçilərinin sayı 18-ə çata bilər.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İrana qarşı döyüşlər zamanı yaralanan ABŞ hərbçilərinin ümumi sayı isə 400-ü keçib.

DİGƏR XƏBƏRLƏR

Top