
Türkiyənin Kocaeli vilayətində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmit Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı bələdiyyə sədri Fatma Kaplan Hürriyet və onun həyat yoldaşı Murat Hürriyet də daxil olmaqla 31 nəfər saxlanılıb.
Əməliyyat korrupsiya ittihamları ilə həyata keçirilib.
Polis əməkdaşları istintaq çərçivəsində bələdiyyə binasında və bələdiyyə sədrinin evində axtarış aparıb.
Saxlanılanların ifadə vermək üçün polis bölməsinə aparıldığı bidirilir.
Tətbiqimizi yükləyə bilərsiniz