
ABŞ ordusu İran ərazisinə növbəti zərbələr dalğasını həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Mərkəzi Komandanlıq İrana qarşı ardıcıl doqquzuncu hücum dalğasına Şərq vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 03:00) başlayıb.
Bildirilib ki, hücumun məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanları daha da zəiflətməkdir.
ABŞ Mərkəzi Komandanlığı İranın komandanlıq mərkəzlərinə, sahil müşahidə obyektlərinə və hava hücumundan müdafiə vasitələrinə, hərbi-dəniz qüvvələrinə, raket və dron bazalarına hücum etdiyini bəyan edib.
Hücum nəticəsində İranın Buşehr, Sirik, Cask, Çabahar, Konarak, Xuzistan və Təbriz şəhərlərinə zərbə endirilib.
Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada Aqaba aerodromundakı ABŞ hədəflərinə hücum edib. SEPAH Aqaba aerodromunda yerləşən ABŞ-nin böyük C-17 və P-8 nəqliyyat təyyarələrinə ballistik raket zərbələri endirib.
SEPAH Küveytdə ABŞ bazalarına da hücumlarını davam etdirib. Belə ki, SEPAH Küveytdəki Ali al-Salim aviabazasında ABŞ-nin radar sistemini və MQ9 dronlarının anbarını vurub. Zərbə nəticəsində bir neçə dron məhv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz