
Qara dənizin şimali-qərbində, Rusiyanın Anapa şəhəri yaxınlığında ekipaj üzvləri arasında azərbaycanlıların da olduğu “Babylon” adlı quru yük gəmisi Ukraynanın dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək ” ictimai birliyinin sədri İlham Nəsirov məlumat və görüntülər yayıb.
Sözügedən görüntülərdə gəminin azərbaycanlı ekipaj üzvü hücum barədə məlumat verir. O qəzalı vəziyyətdəki gəmini gəzərək iyulun 16-də baş vermiş hücumun təfərrüatlarını izah edib.
Həmin kadrları təqdim edirik:
İ. Nəsirov qeydn edib ki, ekipaj üzvləri yaxınlıqdakı limana təxliyə olunublar.
Ölən və ya yaralananlar haqqında hər hansı məlumat qeyd olunmayıb.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalıb. Hadisə zamanı sözügedən gəmidə 11 azərbaycanlı olub, onlardan gəminin kapitanı Səməd Nəsrullayev dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz