Hazırda həm kişilər, həm də qadınlarda dünya çempionu İspaniyadır


İspaniya futbol tarixində həm kişilər, həm də qadınlar arasında dünya çempionluğu titullarını eyni vaxtda qazanan ilk ölkə olub.
Yeniavaz.com
xəbər verir ki, İspaniyanın kişilərdən ibarət milli futbol komandası ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il Dünya Kubokunun qalibi olub.
Finalda Luis de la Fuentenin yetirmələri əlavə vaxtda Argentinanı 1-0 hesabı ilə məğlub ediblər.
İspaniyanın qadınlardan ibarət milli futbol komandası isə 2023-cü ildə keçirilən sonuncu Dünya Kubokunda qalib gəlib. Finalda İspaniya İngiltərəni 1-0 hesabı ilə məğlub edib.
Bu nailiyyət ən azı 2027-ci ilə qədər, növbəti Qadınlararası Dünya Kubokunun keçiriləcəyi vaxta qədər qüvvədə qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top