
ABŞ-nin vitse-prezidenti C.D.Vens dördüncü uşağının dünyaya gəldiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Siyasətçi bu səhər Alek Nil Vens adlı oğlunun dünyaya gəldiyini bidirib.
“Mən və həyat yoldaşım bu səhər körpə oğlumuz Alek Nil Vensin dünyaya gəldiyini elan etməkdən məmnunuq”, - deyə Vens qeyd edib.
Qeyd edək ki, Vens hind əsilli Uşa Venslə evlidir. Onlar 2013-cü ildə Yel Hüquq Məktəbində tanış olublar və orada "ağ Amerika"nın sosial-iqtisadi tənəzzülünü müzakirə edən müzakirə qrupu təşkil ediblər. Vance özünün “Hillbilly Elegy” avtobioqrafik kitabında gələcək həyat yoldaşına qısa bir vaxtda aşiq olduğunu etiraf edib. Onlar 2014-cü ildə ailə həyatı qurublar. Toy iki dini ənənəyə - hindu və xristian ənənələrinə uyğun olaraq keçirilib. Cütlüyün buna qədər üç uşaqları var idi: oğulları Evan və Vivek, qızlarıı Mirabelle.
Son altı il ərzində İkinci Xanım “Munger, Tolles and Olson” hüquq firmasında mülki məhkəmə işləri üzrə fəaliyyət göstərib . O, 2024-cü ilin iyul ayında həyat yoldaşının ABŞ vitse-prezidentliyinə namizəd olması ilə bu işindən ayrılıb.
Tətbiqimizi yükləyə bilərsiniz