
Dünya çempionu olan İspaniyanın kubok qaldırma mərasimi zamanı ABŞ Prezidenti Donald Tramp fəxri kürsünü tərk etməyib.
Yeniavaz.com xəbər verir ki, kuboku ispanlara təqdim edən ABŞ Prezidenti onun havaya qaldırılması mərasimində də iştirak etmək istəyib.
FIFA Prezidenti Canni İnfantino isə onu kürsüdən kənarlaşdırmağa çalışıb. Lakin Tramp ona məhəl qoymayıb. Nəticədə ortaya maraqlı mənzərə çıxıb.
Qeyd edək ki, finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya millisi tarixlərində ikinci dəfə mundialın qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz