
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi 2026-cı il Dünya Kubokunun İspaniya ilə finalından əvvəl “İnstaqram” səhifəsində emosional bir mesaj dərc edib.
Yeniavaz.com xəbər verir ki, o, mesajında uğurun təkcə qazanılan titullarla ölçülmədiyini bildirib və milli komanda ilə keçirdiyi bütün anların onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Bütün bu illərin ən yaxşı tərəfi təkcə titullar deyil, həm də səyahətdir. Hər günü bu qrupla bölüşmək, birlikdə yarışmaq, çətin anlarda yenidən ayağa qalxmaq və hər addımdan zövq almaq”, – deyə Messi qeyd edib.
Messi mesajında həmçinin hər bir komanda yoldaşına, məşqçilər heyətinə təşəkkür edib.
“Hər bir komanda yoldaşıma, məşqçilər heyətinə və bu komandanın böyük bir ailə olaraq qalmasını təmin etmək üçün hər gün əlindən gələni edən hər kəsə təşəkkür edirəm. Nə olursa olsun, bu komanda artıq heç vaxt unutmayacağımız, heç kimin silə bilməyəcəyi bir tarix yazıb”, - deyə o qeyd edib.
“İrəli, Argentina”, - deyə argentinalı ulduz sözlərini tamamlayıb.
Qeyd edək ki, final oyunu bu gün ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz