ABŞ Dövlət Departamentindən xaricdəki ABŞ vətəndaşlarına – Çağırış


ABŞ Dövlət Departamenti Yaxın Şərqdə artan gərginliyi əsas gətirərək, İranla bağlı təhlükələr də daxil olmaqla, potensial təhlükəsizlik təhdidləri səbəbindən ehtiyatlı olmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
“Yaxın Şərqdə artan gərginlik səbəbindən təhlükəsizlik mühiti çətin olaraq qalır və gözlənilməz eskalasiya potensialı varş Biz regiondakı amerikalılara ehtiyatlı olmağın vacibliyini xatırladırıq və onları son hadisələr üçün xəbərləri təqib etməyə çağırırıq. Dövlət Departamenti, xüsusən də Yaxın Şərqdəki amerikalılara dünya miqyasında daha diqqətli olmağı tövsiyə edir”, - deyə bəyanatda qeyd edilib.
Dövlət Departamenti dünya miqyasında, xüsusilə Yaxın Şərqdə olan amerikalılara daha çox ehtiyatlı olmağı tövsiyə edib və xaricdəki ABŞ vətəndaşlarını ən yaxın ABŞ səfirliyi və ya konsulluğu tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarına əməl etməyə çağırıb.
Dövlət Departamenti aydınlıq gətirib ki, təkcə Yaxın Şərqdə deyil, xaricində də ABŞ-nin diplomatik obyektləri hədəfə alınıb.
ABŞ Dövlət Departament, həmçinin uçuşların ləğvi və vaxtaşırı hava məkanının bağlanmasının səyahətə mane ola biləcəyi barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top