
Xəzər dənizində suyun səviyyəsinin azalması tempi sürətlənir.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, bu barədə ekoloq Rövşən Abbasov məlumat verib.
Onun sözlərinə görə, 1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar olmaqla dənizin səviyyəsində azalmalar qeydə alınıb və bu proses bu gün də davam edir.
Xəzərin səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişmələri nəticəsində dəniz səthindən gedən buxarlanmanın artması, çay axımının azalmasıdır.
Ekpsertin sözlərinə görə, Azərbaycanda elə ərazilər var ki, orada Xəzər dənizi kilometrlərlə geriyə çəkilib. Bunlar gələcəkdə digər kompleks problemlər yaradacaq.
Geriçəkilmə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün liman infrastrukturu, balıqçılıq, ekosistem, su ehtiyatları və sahilyanı yaşayış məntəqələri baxımından ciddi sosial-iqtisadi və ekoloji problemlər yarada bilər.
Daha ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz