
Rusiya ordusu Xarkovun ətrafındakı “Nova Poçta” poçt terminalına raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Son məlumata görə, hücum nəticəsində ən azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar.
Fövqəladə hallar, səhiyyə və polis orqanlarının əməkdaşları mümkün zərərçəkənləri müəyyən etmək üçün ərazidə axtarış aparırlar.
Poçt terminalı gün ərzində üç dəfə raket zərbəsinə məruz qalıb.
Hazırda zərbənin nəticələrinin aradan qaldırılması işləri davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz