Böyük Britaniyada süni intellekt üzrə dövlət naziri də olacaq


Endi Bernemin rəhbərlik etdiyi yeni Böyük Britaniya hökumətində Süni İntellekt (Sİ) üzrə Dövlət Naziri vəzifəsi yaradılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Bernemin xüsisi nümayəndəsinə istinadla məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, süni intellekt inkişafı üzrə dövlət nazirinin hansı nazirliyə təyin ediləcəyi hələlik məlum deyil. Lakin qəzet yeni fiqurun xeyli səlahiyyətlərə malik olacağını və kabinet iclaslarında iştirak etmək hüququna malik olacağını vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniya siyasi sistemində dövlət naziri vəzifəsi nazir müavini vəzifəsinə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top