
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Dünya Kubokundan gəliri 15 milyard dolları keçəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, turnirdən əvvəl təşkilat təxminən 11 milyard dollar gəlir əldə etməyi planlaşdırıb. Lakin FİFA bilet satışları (o cümlədən, təkrar bazardakı satışlar da daxil olmaqla) hesabına bu hədəfi aşıb.
Nəşrin məlumatına görə, futbol federasiyalarınin FİFA-nın maliyyə fondunun genişləndirilməsindən faydalanacaqları bildirilib. Lakin hələlik ödənişlərin təfərrüatları barədə dəqiq məlumat verilməyib.
Beləliklə bu, bir sıra mübahisəli qərarlarına görə tənqidlərə məruz qalan hazırkı FİFA prezidenti Canni İnfantinonun mövqeyini gücləndirə bilər.
Digər tərəfdən, gəlirin artması ABŞ-nin yaxın gələcəkdə daha bir Dünya Kubokuna ev sahibliyi etmək şansını artıra bilər. Belə ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl də ölkənin Dünya Kubokuna namizəd olmaq niyyətini açıqlamışdı. ABŞ-nin namizəd ola biləcəyi növbəti turnir isə 2038-ci il Dünya Kuboku ola bilər.
Qeyd edək ki, İnfantino ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsini ləğv etmiş və onun bu qərarı Trampın telefon zəngindən sonra qəbul etdiyi məlum olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz