ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir – WSJ


Amerika Birləşmiş Ştatları Yaxın Şərqə əlavə qırıcı və tanker təyyarələri yerləşdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Yaxın Şərqə əsasən Almaniyanın Şpanqdalem aviabazasından F-16 və Böyük Britaniyanın Leykenhit aviabazasından F-35 təyyarələri yerləşdirilir.
Həmçinin, Yaxın Şərqə tanker təyyarələrinin də göndərildiyi bildirilir.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İran ərazisinə bir neçə zərbə endiriblər. Bu zərbələr Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edilib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirib.

DİGƏR XƏBƏRLƏR

Top