
İranın İordaniyadakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki ABŞ hərbçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında məlumat verib.
“CENTCOM və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarını dəf edərkən İordaniyada iki ABŞ hərbçisi döyüşdə həlak olub. Bundan əlavə, bir hərbçi hazırda döyüşdə itkin düşmüş kimi qeydə alınıb”, - məlumatda qeyd edilib.
Mərkəzi Komandanlıq dörd əsgərin xəstəxanaya yerləşdirildiyini, bir neçə əsgərin isə yüngül xəsarət aldığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz