“Azərsilah”ın poliqonunda yanğın oldu


Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top