İranda güclü zəlzələ oldu


İranın Huzistan əyalətinin Salend rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:55-də qeydə alınıb.
Zəlzələnin episentri Salend rayonunda, ocağı 8 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar əyalətin inzibati mərkəzi Əhvazla yanaşı, Əndimeşk və Dezful şəhərlərində də hiss olunub.
Hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top