
Didye Deşam Fransa milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci il Dünya Kubokunu və 2022-ci il Millətlər Liqasını qazanıb. Həmçinin, 2016-cı il Avropa Çempionatında və 2022-ci il Dünya Çempionatında gümüş medala sahib olub.
2018-ci il Dünya Kubokundakı uğurundan sonra Deşam həm oyunçu, həm də baş məşqçi kimi Dünya Kuboklarını qazanan üçüncü şəxs olub. Daha əvvəl bu şərəfə braziliyalı Mario Zaqalo və almaniyalı Frans Bekkenbauer nail olub. Deşam 1998-ci il Dünya Kubokunda və 2000-ci il Avropa Çempionatında Fransa millisinin kapitanlığı altında çıxış edib və hər iki kuboku qazanıb.
Baş məşqçi kimi mütəxəssis “Monako”, “Yuventus” və “Marsel”ə rəhbərlik edib. O, “Marsel”lə 2009/10 mövsümündə milli çempionatda qələbə qazanıb.
Qeyd edək ki, bundan əvvəl insayder, jurnalist Fabritsio Romano Fransa millisinin yeni baş məşqçisinin Zinəddin Zidan olacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz