Ukraynadakı səfirliyimizə yaxın ərazilər hava zərbələrinə məruz qaldı – Fotolar


Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
Yeniavaz.com
AZƏRTAC-a istinadla xəbər verir ki, səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Səfirlik binasına ziyan dəyməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, paytaxtın bir sıra rayonlarında mülki infrastrukturda dağıntılar qeydə alınıb.
Lukyanovka metrostansiyasının ətrafında yaşayış binalarında da yağınlar baş verib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə qarşı indiyə qədər ən güclü ballistik raket hücumu qeydə alınıb.
Bir saata yaxın müddətdə paytaxta təxminən 40-dan artıq raket atılıb.
Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
Səfirlik binasına yaxın ərazilərdə baş verən dağıntıların fotolarını təqdim edib:






DİGƏR XƏBƏRLƏR

Top